RPR TESTİ
- 21.04.2024 20:39
- 185
Hemostaz qanaxmanı idarə etmək üçün damar zədələnməsinə cavab olaraq qan
laxtalanma sisteminin çoxsaylı komponentlərinin aktivləşdirildiyi
mürəkkəb bir prosesdir.
Hemostazın 4 əsas hissədən ibarətdir:
1. İlkin hemostaz
2. İkincili hemostaz
3. Fibrin formalaşması və stabilləşməsi
4. Laxtalanma inhibitorları
1. İlkin hemostaz – vazokonstruksiya və trombosit laxtasının əmələ gəlməsi:
İlkin
hemostazın əsas komponenti trombositdir. İlkin hemostaz subendotelial
kollagen müşahidə olunan damar divarının zədələnməsi ilə baş verir
• Vazokonstruksiya: Qan axışını azaltmaq üçün zədə yerində vazokonstruksiya əmələ gəlir.
Yapışma:
von Willebrand faktoru trombosit qlikoprotein Ib (GPIb) reseptoru
vasitəsi ilə trombositləri meyudana çıxan subendotelial kollagenə
yapışdırır. Digər reseptorlar da trombositlərin birbaşa kollagenə
yapışmasına şərait yaradır.
Toplanma: Trombositlər GPIb
reseptorlarına birləşmiş fibrinogen hesabına bir zədələnmiş damar
nahiyəsində toplanır və beləliklə trombosit tıxacı əmələ gətirir.
Trombositlərin toplanması həmçinin laxtalanma faktorlarının
aktivləşməsini təmin edən fosfolipid səthini yaradır.
2. İkincili hemostaz – laxtalanma faktorlarıın aktivləşməsi və trombinin əmələ gəllməsi
Laxtalanmanın başlaması:
• Zədələnmiş toxuma hüceyrələrindən, endotel hüceyrələrdən və monositlərdən (TF) toxuma faktoru sintez olunur
• Toxuma faktoru və VII a faktoru birləşərək TF-VIIa faktor kompleksini əmələ gətirir
• TF-VIIa faktor kompleksi az miqdarda trombin əmələ gətirmək üçün faktor IX və faktor X-u aktivləşdirir
• Faktor XII (və digər kontakt faktorlar) faktor XI-in aktivləşməsində az rol oynayır