RPR TESTİ
- 21.04.2024 20:39
- 220
Sürətli plazma reagin (RPR) testi nədir?
Sürətli plazma reagin
(RPR) testi sifilisi yoxlamaq üçün istifadə edilən qan testidir. Bu
test, infeksiya ilə mübarizə apararan orqanizmin istehsal etdiyi
qeyri-spesifik anticisimləri aşkar etməsinə əsaslanır.
Sifilis,
Treponema pallidum spiroket bakteriyasının yaratdığı və cinsi yolla
keçən infeksiyadır. Müalicə edilmədikdə ölüm ilə də nəticələnə bilər.
RPR
testi həkiminizə aktiv infeksiya diaqnozunu təsdiqləməyə və müalicənizə
başlamaq imkanı verir. Bu isə, yoluxmuş, lakin bundan xəbərsiz olan
insan tərəfindən xəstəliyin ağırlaşmalarının və yayılmasının qarşısını
almağa imkan yaradır.
RPR testi nə vaxt tövsiyə olunur?
Həkiminiz
bir neçə səbəbə görə RPR testi edə bilər. Bu metod Sifilis üçün yüksək
risk altında olan insanları yoxlamaq üçün sürətli metoddur. Sifilisə
bənzər yaralarınız və ya səpgiləriniz varsa, həkiminiz bu halda da bu
testi edə bilər. Həkimlər həmçinin RPR testindən istifadə edərək hamilə
qadınları müntəzəm olaraq sifilis üçün yoxlayırlar.
RPR testi
xəstəliyə səbəb olan bakteriyanı deyil, sifilis xəstəsinin qanında
mövcud olan anticisimləri ölçür. Effektiv antibiotik terapiyası
kursundan sonra həkiminiz anticisimlərin sayının azaldığını görəcək və
RPR testi bunu bird aha təsdiqləyə bilər.