RPR TESTİ

RPR TESTİ

21.04.2024 20:39
241 baxış

Sürətli plazma reagin (RPR) testi nədir?

Sürətli plazma reagin (RPR) testi sifilisi yoxlamaq üçün istifadə edilən qan testidir. Bu test, infeksiya ilə mübarizə apararan orqanizmin istehsal etdiyi qeyri-spesifik anticisimləri aşkar etməsinə əsaslanır.

Sifilis, Treponema pallidum spiroket bakteriyasının yaratdığı və cinsi yolla keçən infeksiyadır. Müalicə edilmədikdə ölüm ilə də nəticələnə bilər.

RPR testi həkiminizə aktiv infeksiya diaqnozunu təsdiqləməyə və müalicənizə başlamaq imkanı verir. Bu isə, yoluxmuş, lakin bundan xəbərsiz olan insan tərəfindən xəstəliyin ağırlaşmalarının və yayılmasının qarşısını almağa imkan yaradır.

RPR testi nə vaxt tövsiyə olunur?

Həkiminiz bir neçə səbəbə görə RPR testi edə bilər. Bu metod Sifilis üçün yüksək risk altında olan insanları yoxlamaq üçün sürətli metoddur. Sifilisə bənzər yaralarınız və ya səpgiləriniz varsa, həkiminiz bu halda da bu testi edə bilər. Həkimlər həmçinin RPR testindən istifadə edərək hamilə qadınları müntəzəm olaraq sifilis üçün yoxlayırlar.

RPR testi xəstəliyə səbəb olan bakteriyanı deyil, sifilis xəstəsinin qanında mövcud olan anticisimləri ölçür. Effektiv antibiotik terapiyası kursundan sonra həkiminiz anticisimlərin sayının azaldığını görəcək və RPR testi bunu bird aha təsdiqləyə bilər.

Sonuncu xəbərlər

RPR TESTİ
RPR TESTİ
  • 21.04.2024 20:39
  • 241
Qan laxtalanmasının əsas prinsipləri
Rutin laxtalanma testləri
Rutin laxtalanma testləri
  • 21.04.2024 20:32
  • 337