Qan laxtalanmasının əsas prinsipləri

Qan laxtalanmasının əsas prinsipləri

21.04.2024 20:36
69 baxış

Hemostaz qanaxmanı idarə etmək üçün damar zədələnməsinə cavab olaraq qan laxtalanma sisteminin çoxsaylı komponentlərinin aktivləşdirildiyi mürəkkəb bir prosesdir.

Hemostazın 4 əsas hissədən ibarətdir:
1. İlkin hemostaz
2. İkincili hemostaz
3. Fibrin formalaşması və stabilləşməsi
4. Laxtalanma inhibitorları

1. İlkin hemostaz – vazokonstruksiya və trombosit laxtasının əmələ gəlməsi:
İlkin hemostazın əsas komponenti trombositdir. İlkin hemostaz subendotelial kollagen müşahidə olunan damar divarının zədələnməsi ilə baş verir
• Vazokonstruksiya: Qan axışını azaltmaq üçün zədə yerində vazokonstruksiya əmələ gəlir.

Yapışma: von Willebrand faktoru trombosit qlikoprotein Ib (GPIb) reseptoru vasitəsi ilə trombositləri meyudana çıxan subendotelial kollagenə yapışdırır. Digər reseptorlar da trombositlərin birbaşa kollagenə yapışmasına şərait yaradır.

Toplanma: Trombositlər GPIb reseptorlarına birləşmiş fibrinogen hesabına bir zədələnmiş damar nahiyəsində toplanır və beləliklə trombosit tıxacı əmələ gətirir. Trombositlərin toplanması həmçinin laxtalanma faktorlarının aktivləşməsini təmin edən fosfolipid səthini yaradır.

2. İkincili hemostaz – laxtalanma faktorlarıın aktivləşməsi və trombinin əmələ gəllməsi

Laxtalanmanın başlaması:
• Zədələnmiş toxuma hüceyrələrindən, endotel hüceyrələrdən və monositlərdən (TF) toxuma faktoru sintez olunur
• Toxuma faktoru və VII a faktoru birləşərək TF-VIIa faktor kompleksini əmələ gətirir
• TF-VIIa faktor kompleksi az miqdarda trombin əmələ gətirmək üçün faktor IX və faktor X-u aktivləşdirir
• Faktor XII (və digər kontakt faktorlar) faktor XI-in aktivləşməsində az rol oynayır

Sonuncu xəbərlər

RPR TESTİ
RPR TESTİ
  • 21.04.2024 20:39
  • 55
Qan laxtalanmasının əsas prinsipləri
Rutin laxtalanma testləri
Rutin laxtalanma testləri
  • 21.04.2024 20:32
  • 83